Benyamin Netanyahu: “İrana hərbi müdaxilə məsələsində ABŞ-a etimad edə bilmərik”

Benyamin Netanyahu: “İrana hərbi müdaxilə məsələsində ABŞ-a etimad edə bilmərik”
# 16 sentyabr 2012 14:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrana hərbi müdaxilə məsələsində ABŞ-a etimad edə bilmərik”.

APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ölkəsində nəşr olunan “Hayom” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İsrailin İrana müdaxilə ilə bağlı israrı bu il noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisinə təsir göstərməyəcək: “Müdaxilə üçün son anadək gözləməyimiz lazım olduğunu söyləyirlər. Bəs ABŞ İrana müdaxilə etməzsə, onda nə edəcəyik? Bu sualı özümüzdən soruşmağımız lazımdır”.

B. Netanyahu vurğulayıb ki, iki ölkə arasındakı fikir ayrılığı müdaxilə tarixi ilə bağlı deyil: “Özünüzü hər hansı bir şəkildə raket hücumlarından qoruya bilərsiniz. Ancaq nüvə silahından qorunmağın yeganə yolu düşmənin ona sahib olmasına maneə törətməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR