Fransa prezidenti Azərbaycan prezidentinə məktub göndərib

Fransa prezidenti Azərbaycan prezidentinə məktub göndərib
# 18 fevral 2012 15:39 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Fransanın nəqliyyat naziri Tierri Marianini və Fransa prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Damien Lorası qəbul edib.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəqliyyat naziri Tierri Mariani Fransa prezidenti Nikola Sarkozinin məktubunu dövlət başçısına təqdim edib.

Fransalı qonaq ölkəsinin Azərbaycanla tərəfdaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Fransa prezidenti Nikola Sarkozinin məktubunda ikitərəfli münasibətlərin inkişafına dair səmimi fikirlərə görə minnətdarlıq edib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR