Yaponiya İrandan neft idxalını 20% azaldacaq

Yaponiya İrandan neft idxalını 20% azaldacaq
# 23 fevral 2012 04:52 (UTC +04:00)
Bakı-APA. Yaponiya hökuməti İrandan aldığı neftin həcmini 20% azaltmaq niyyətindədir. Bu barədə Yaponiyanın «Nikkey» qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, müvafiq qərar fevralın sonlarınadək qəbul oluna bilər.

Tokio belə bir qərarın əvəzində Vaşinqtonun İran əleyhinə tətbiq etdiyi əlavə sanksiyaların yapon şirkətlərinə şamil edilməyəcəyinə ümid edir.

Hazırda Yaponiya neftə olan tələbatının 8,8%-ni İranın hesabına ödəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR