TQDK aprelin 22-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb

TQDK aprelin 22-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb
# 26 aprel 2012 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ali məktəblərə daha səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə aprelin 22-də keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanın nəticələri komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər. Sınaq imtahanları ölkənin müxtəlif şəhərlərində 47 binada keçirilib. İmtahanlarda 30 mindən çox abituriyent iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR