Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 16 sentyabr 2012 14:17 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ölümlə nəticələnən yol qəzası rayonun Qabaqçöl qəsəbəsi ərazisində baş verib.

Balakən rayonu Meşəşanbul kənd sakini, 1982-ci il təvəllüdlü Hüseyinov Mahir İsmayıl oğlu idarə etdiyi “Mercedes” markalı, 99 CP 231 dövlət nişan nömrəli avtomobillə yolun kənarındakı piyada, rayonun Yeni Şərif kənd sakini, 1933-cü il təvəllüdlü Yekəyev Həsən Əyyub oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 79 yaşlı qoca hadisə yerində ölüb.

Fakla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR