Azərbaycanda bu il 110 mln. manat həcmində güzəştli kreditin qaytarılacağı gözlənilir

Azərbaycanda bu il 110 mln. manat həcmində güzəştli kreditin qaytarılacağı gözlənilir
# 31 may 2012 11:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu ilin sonunadək qeyri qaytarılan kreditlərin həcmini 110 mln. manat səviyyəsində proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayevin sözlərinə görə, 2012-ci ildə artıq 40 mln. manata yaxın kredit qrafik üzrə geri qaytarılıb: «Hər il geri qaytarılan kreditlərin həcmi artır. Əgər 2008-ci ildə cəmi 13 mln. manat geri qayıdan kreditlər hesabına yeni kreditlər verilmişdirsə, artıq bu məbləğ 6-7 dəfə artıb. Ötən illə müqayisədə bu il geri qaytarılan kreditlərin həcmi 110 mln. manat proqnozlaşdırılır».

Ş.Abdullayev bildirib ki, sahibkarlara ayrılan kreditlərin ödənilməsində bəzən xırda gecikmələr baş verir və belə hallar dərhal aradan qaldırılır: «Ümumiyyətlə, kreditlərin ödənilməsində ciddi problem yaşanmır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR