Sabah Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı satışa çıxarılacaq

Sabah Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı satışa çıxarılacaq
# 23 aprel 2012 14:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manata həcmində istiqraz çıxarılacaq.

İstiqrazlar 100,3333% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi 2022-ci il yanvarın 22-nə təsadüf edir. Bu istiqraz buraxılışının ümumi həcmi 30 mln. manat, dövriyyədə olan həcm isə 5 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR