İstehlakçıları aldadan, “Ai-93” benzinini “Ai-95” adı ilə satan yanacaqdoldurma məntəqəsinin direktoru barəsində cinayət işi başlanıb

İstehlakçıları aldadan, “Ai-93” benzinini “Ai-95” adı ilə satan yanacaqdoldurma məntəqəsinin direktoru barəsində cinayət işi başlanıb
# 01 mart 2012 09:25 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Xırdalan şəhər sakini Şahmar Məmmədovun təsisçisi və direktoru olduğu, İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində çənlərin möhürlərinə müdaxilə etməklə istehlakçıları qiymətdə, çəkidə və keyfiyyətdə aldatdığı məlum olub. Həmçinin o, “Ai-93” markalı benzini “Ai-95” adı ilə satışını təşkil edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR