Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 17% azalacaq

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 17% azalacaq
# 27 sentyabr 2012 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanda 18 mlrd. kVt/saat həcmində elektrik enerjisinin istehsal olunacağı gözlənilir. Bu isə ötən ilin faktiki göstəricisi ilə müqayisədə təxminən 17% azdır. «APA-Economics»in məlumatına görə, bunu Sənaye və Energetika Nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov bildirib.

R.Məmmədovun sözlərinə görə, 2011-ci il ilə müqayisədə enerji istehsalının azalması bu sahədə islahatların aparılması ilə bağlıdır ki, nəticədə enerjiyə qənaət olunur: «Eyni zamanda elektrik enerjisi sistemində aparılan təmir-bərpa işləri də azalmaya səbəb ola bilər».

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda 20,1 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR