Azərbaycanda bayram günləri hava qeyri-sabit keçəcək - YENİLƏNİB

Azərbaycanda bayram günləri hava qeyri-sabit keçəcək - <font color=red>YENİLƏNİB</font>
# 25 oktyabr 2012 09:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, oktyabrın 26-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 18-22 dərəcə isti olacaq.

Oktyabrın 27-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-da və 27-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 10-15, gündüz 18-23, dağlarda isə gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 26-27-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyünə baxmayaraq, iqlim normasına yaxın temperatur rejimi, digər biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR