«Bank of Baku» yeni lotereya keçirir

«Bank of Baku» yeni lotereya keçirir
# 29 fevral 2012 07:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Bolkart» müştəriləri üçün ümumi məbləği 10 min manat təşkil edən lotereyaya başlayır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, stimullaşdırıcı tirajlı lotereyanın şərtlərinə əsasən, martın 1-dən ən azı 50 manat məbləğində alış-veriş etmiş «Bolkart» sahibləri lotereyaya qatılmaq hüququ əldə etmiş olur. Hər tiraj zamanı «Bolkart»la edilmiş hər 50 manat dəyərində alış-veriş kartın sahibinə yalnız həmin tirajda bir iştirak hüququ verir. İştirak hüququ hər tirajın uduş fondunun oynanılması tarixinədək əldə edilə bilər.

Bankın İdarə Heyətinin sədr müavini Abbas İbrahimovun sözlərinə görə, hazırda 7 mindən artıq «Bolkart» sahibi ölkənin 200-ə yaxın ticarət obyektində alış veriş edib, aldıqları mal və ya xidmətlərin dəyərini aylar ərzində ödəyə bilir. «Bu günə «Bolkart»la edilən əməliyyatların sayı 8 mindən çoxdur. Əminik ki, nəzərdə tutulan uduş kampaniyası ilə layihənin inkişafına yeni bir təkan veriləcək. Bu kampaniya ilə ölkənin ilk və yeganə multimerchant (çox partnyorlu) hissəli ödəniş layihəsi olan «Bolkart» müştərilərinin stimullaşdırılması ilə ölkədə nağdsız ödənişlər sisteminin inkişafına töhfə vermək məqsədi daşıyır», - deyə A.İbrahimov qeyd edib.
Qeyd edək ki, nağdlaşdırma əməliyyatına aid dövriyyələr lotereyaya aid edilmir. «Bolkart» üzərində təsbit edilmiş 16 rəqəmin son 8 rəqəmi iştirakçının eyniləşdirmə kodu olacaq. Lotereyaya qatılan hər bir şəxsin kodu elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsnasında müəyyən ediləcək. Uduş fondunun ümumi məbləği 10 min manat, hər tirajın uduş fondunun məbləği 5 min manat təşkil edir. Uduş fondu hər tirajda 1 iştirakçıya 1000 manat, 5 iştirakçıya 500 manat, 15 iştirakçıya isə 100 manat pul məbləği olmaq şərti ilə oynanılacaq.

Uduş fondunun oynanılması iki tirajdan ibarət olmaqla birinci tiraj aprelin 2-də, ikinci tiraj isə may ayının 2-də keçiriləcək.

Uduşların nəticələri «Azərbaycan» qəzetində dərc ediləcək.


http://www.facebook.com/photo.phpfbid=381412038553135&set=a.291747404186266.85382.288443764516630&type=1&theater
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR