Azərbaycanda təlim zamanı bir əsgər həlak olub, biri yaralanıb

Azərbaycanda təlim zamanı bir əsgər həlak olub, biri yaralanıb
# 13 iyul 2012 08:05 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində qeydə alınıb. Təlim atəşi zamanı əsgər Nağıyev Sahil İlqar oğlunun təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində Əkbər Nəsirov həlak olub, digər əsgər Surət Məmmədov isə yüngül yaralanıb. Yaralı hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Ə. Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR