Beynəlxalq Mətbuat İnstitutunun direktoru: “Azərbaycan prezidenti ilə görüşdə həbsdə olan jurnalistlərin məsələsi qaldırılacaq” - FOTO

Beynəlxalq Mətbuat İnstitutunun direktoru: “Azərbaycan prezidenti ilə görüşdə həbsdə olan jurnalistlərin məsələsi qaldırılacaq” - <font color=red>FOTO</font>
# 18 sentyabr 2012 08:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Beynəlxalq Mətbuat İnstitutu Azərbaycanda həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BMİ-nin icraçı direktoru Alison Betel Makkenzi bildirib. O deyib ki, rəhbərlik etdiyi qurum dünyanın hər yerində, o cümlədən Azərbaycanda medianın vəziyyətini diqqətdə saxlayır: “Azərbaycan prezidenti ilə görüş planlaşdırılır. Bu görüşdə həbsdə olan jurnalistlərin məsələsi qaldırılacaq. Ümid edirəm ki, bu məsələ həllini tapacaq”.

A. B. Makkenzi qeyd edib ki, BMİ-nin siyahısına əsasən Azərbaycanda 3 jurnalist həbsdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR