«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 23% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 23% artıb
# 24 oktyabr 2012 08:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 68,084 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23% çoxdur.

Bankın baş ofisindən «AP-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 15% artaraq 7,520 mln. manata, kredit portfeli isə 21% artaraq 61,128 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 46% artaraq 14,919 mln. manat, o cümlədən nizamnamə kapitalı 40% artaraq 14 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 90% artaraq 2 359, o cümlədən fiziki şəxslərin sayı 2,5 dəfə artaraq 741, hüquqi şəxslərin sayı 5,4% artaraq 582 olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın ölkə üzrə 2 filialı və 57 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR