AGBI və AMFBI indeksləri dəyişməyib, ACBDI indeksi isə kəskin yüksəlib

AGBI və AMFBI indeksləri dəyişməyib, ACBDI indeksi isə kəskin yüksəlib
# 18 oktyabr 2012 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq oktyabr ayının 18-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 53,3% artıb və 1,5328 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksi bazar kapitallaşmasının artmasının təsiri altında yüksəlib. Belə ki, oktyabrın 17-də həcmi 10 mln. manat olan bir not buraxılışı yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR