Azərbaycan sığorta bazarı son bir ildə 70% artıb

Azərbaycan sığorta bazarı son bir ildə  70% artıb
# 26 sentyabr 2012 09:48 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 62% artaraq 58,873 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 4,5 dəfə artaraq 9,466 mln. manat, qeyri-həyat sığortası üzrə 41% artaraq 132,208 mln. manat, icbari sığorta növləri üzrə isə 2,2 dəfə artaraq 87,199 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 19,6 dəfə artaraq 2,792 mln. manata, qeyri-həyat sığortası üzrə ayrılan vəsaitlər 55% artaraq 46,105 mln. manat, icbari sığorta növləri üzrə isə 54% artaraq 9,976 mln. manata çatıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (47,218 mln. manat), «Tibbi sığorta» (45,259 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (37,007 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (19,148 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (18,026 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (10,580 mln. manat) və «Yüklərin (nəqliyyat) sığortası» (10,369) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 20,6%, 19,8%, 16,2%, 8,4%, 7,9%, 4,6% və 4,5% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (25,118 mln. manat və ya 42,7%), «Avtonəqliyyat vasitələrinin sığortası» (14,347 mln. manat və ya 24,4%), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (5,007 mln. manat və ya 8,51%), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (2,507 mln. manat və ya 4,3%), «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,144 mln. manat və ya 3,64%) və «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (1,190 mln. manat və ya 2,02%) növləri üzrə ödənilib.

Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR