Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib
# 18 avqust 2012 07:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda quldurluq hadisəsi baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə paytaxtın “Azneft” dairəsi yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Şirin Abbasovun taksi kimi idarə etdiyi “VAZ-2106” markalı maşına sərnişin qismində oturan üç naməlum şəxs sürücüdən Ələt qəsəbəsinə sürməyi xahiş ediblər. Qəsəbə ərazisinə çatdıqda isə onu döyərək və bıçaqla hədə-qorxu gələrək 320 manat pulunu da alıb hadisə yerindən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin baş Cinayət Axtarış İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinənlər – Sabirabad sakinlər Rafət Əmənov, Əlibaba Muradov və Salyan sakini Kamil Əliyev tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR