Ağdaşda 21 yaşlı oğlan həmkəndlisini qətlə yetirib

Ağdaşda 21 yaşlı oğlan həmkəndlisini qətlə yetirib
# 22 sentyabr 2012 08:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Ağdaş rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Ramil Səfər oğlu Yadigarov mübahisə zəminində həmkəndlisi, 1984-cü il təvəllüdlü Gündüz Sərxan oğlu Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən R. Yadigarov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR