“Üzeyir Hacıbəyli: sələfləri və xələfləri” silsiləsindən “Azərbaycanın musiqi tarixi” kitabının I cildinin təqdimatı keçirilib

“Üzeyir Hacıbəyli: sələfləri və xələfləri” silsiləsindən “Azərbaycanın musiqi tarixi” kitabının I cildinin təqdimatı keçirilib
# 20 sentyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli: sələfləri və xələfləri” silsiləsindən “Azərbaycanın musiqi tarixi (qədim dövrlərdən XX əsrə qədər)” kitabının I cildinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan tədbirdə tanınmış musiqişünas alim Zemfira Səfərovanın “Dedim, dedilər...” məqalələr toplusu da təqdim edilib.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə təqdim olunan toplulara müasir dövrdə çox böyük ehtiyac olduğunu bildirib. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, musiqişünas Zemfira Səfərova da Üzeyir Hacıbəylinin zəngin həyat və yaradıcılığından söz açıblar. Tədbirdə Məcnun Kərimovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının ifasında müxtəlif musiqilər səslənib. Tədbirdə mahnıları Nuriyyə Hüseynova ifa edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR