Bakı şəhərinin qaz təchizatı yaxşılaşdırılır

Bakı şəhərinin qaz təchizatı yaxşılaşdırılır
# 26 iyul 2012 07:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və Abşeron rayonunun tam qazlaşdırılması, istehlakçıların təbii qazla keyfiyyətli təmin olunması ilə bağlı Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Nərimanov, Xətai, Nizami və digər rayonlarında işlər aparıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Binəqədi rayonunun Binəqədi, Sulutəpə, Xocasən, M.Ə.Rəsulzadə qəsəbələri, 6 və 7-ci mikrorayon əraziləri, Sabunçu rayonunun Maştağa, Nardaran, Bilgəh, Zabrat I, Zabrat II, Balaxanı, Kürdəxanı qəsəbələri, Suraxanı rayonunun Hövsan qəsəbəsi və Hövsan yolu ətrafındakı yeni yaşayış massivləri, Xəzər rayonunun Pirallahı, Dübəndi, Türkan və Zirə kəndləri, Buzovna qəsəbəsinin yeni çəkilən yol ətrafındakı əraziləri, Qaradağ rayonunun Səngəçal, Qızıldaş, Puta və Qobustan qəsəbələrində əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə 2012-ci ilin birinci yarısı üçün nəzərdə tutulmuş işlər artıq yekunlaşdırılıb.

Bu dövrdə Bakı şəhəri üzrə 138,5 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilmiş və təmir olunmuş, kəmərlərin yer üstünə çıxarılması və yenidən qurulması, yaşayış evlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz avadanlıqlarının və qurğularının təmiri və tənzimləmə işləri davam etdirilib. Görülən işlər nəticəsində Bakı şəhərinin əhali kateqoriyasına aid abonentlərin təbii qazla təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bundan başqa, 2012-ci ilin birinci yarısında Bakı şəhəri üzrə 189388 ədəd mexaniki qaz sayğacı «smart-kart» tipli yeni elektron qaz sayğacları ilə əvəz olunub. Hazırda Bakı şəhərinin daha 41 yaşayış məntəqəsində istehlakçıların təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR