Azərbaycanda I yarımillikdə vergi hüquqpozmalarına görə 216 cinayət işi başlanıb

Azərbaycanda I yarımillikdə vergi hüquqpozmalarına görə 216 cinayət işi başlanıb
# 10 iyul 2012 13:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 216 cinayət işi başlanıb, 176 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, külli miqdarda vergidən yayınma və qanunsuz sahibkarlıq, külli miqdarda qanunsuz sahibkarlıq, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə cəmi 31 iş 34 nəfər barəsində ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib və 145 işin icraatına xitam verilib. İcraatına xitam verilmiş cinayət işlərindən 106 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (14 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilib, Departamentdə aparılan araşdırmalar zamanı 6,997 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 481 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR