Bu ilin mart ayı ərzində cəbhə xətti yaxınlığında minaya düşən Azərbaycan hərbçilərinin sayı düşmən gülləsindən yaralananların sayından çox olub

Bu ilin mart ayı ərzində cəbhə xətti yaxınlığında minaya düşən Azərbaycan hərbçilərinin sayı düşmən gülləsindən yaralananların sayından çox olub
# 16 mart 2012 14:20 (UTC +04:00)
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, yanvar ayının 1-dən martın 16-dək iki hərbi qulluqçu cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaralandığı halda, təkcə mart ayında 3 hərbçi minaya düşərək xəsarət alıb.

Ümumilikdə mart ayının birinci yarısında ölkədə 1-i mülki şəxslə bağlı olmaqla 4 mina hadisəsi baş verib. Hadisələr nəticəsində 1 zabit və iki əsgər yaralanıb. Hadisələrin hansı şəraitdə baş verməsi barədə məlumatlar açıqlanmayıb. Hadisələrdən yalnız biri yük maşınının minaya düşməsi ilə bağlıdır.

Mülki şəxslə bağlı hadisə isə Ağdam rayonu ərazisində təsərrüfat işləri həyata keçirilən zaman baş verib.

«Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin direktoru Hafiz Səfixanov APA-ya açıqlamasında praktikada hərbçilərin minaya düşməsinin 80-90 faiz əməliyyat şəraiti ilə bağlı olduğunu söyləyib: «Onların hansı şəraitdə minaya düşməsi barədə məlumatlar açıqlanmır. Müşahidələr göstərir ki, hərbçilərlə bağlı bu tip hadisələr əsasən əməliyyat şəraiti ilə bağlıdır. Bununla belə, düşmən kəşfiyyatının işləməsini də nəzərdən qaçırmaq lazım deyil».

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR