Bakı Taxıl Məhsulları Kombinatı Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib

Bakı Taxıl Məhsulları Kombinatı Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib
# 22 avqust 2012 12:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 1 nömrəli Bakı Taxıl Məhsulları Kombinatı Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına qarşı məhkəmə qərarından kassasiya şikayəti verib. APA-nın məlumatına görə, kombinat kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, kombinat borcun tutulması iddiası ilə əvvəlcə 1 saylı Bakı Yerli İnzibati- İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bundan sonra Ali Məhkəməyə müraciət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR