Çinin Renmin universitetində “Beynəlxalq Mədəniyyət Festivalı”nın açılış mərasimi keçirilib - FOTOSESSİYA

Çinin Renmin universitetində “Beynəlxalq Mədəniyyət Festivalı”nın açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 oktyabr 2012 07:25 (UTC +04:00)
Bakı-APA. Çinin Renmin universitetində “Beynəlxalq Mədəniyyət Festivalı”nın açılış mərasimi keçirilib. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumundan (ASAIF) APA-ya verilən məlumata görə, festivalın açılış mərasimində 30-dan artıq ölkə təmsilçisi iştirak edib. Açılış mərasimində Renmin universitetinin rəhbərliyi ilə yanaşı Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da tədbirdə iştirak edərək nitq söyləyib.

Mədəniyyət festivalı çərçivəsində ASAIF-in Çin komandası Azərbaycana aid bir neçə stendlə çıxış ediblər. ASAIF-in Renmin universitetindəki nümayəndəsi Natiq Xalilovun verdiyi məlumata görə, Azərbaycan tarixi guşəsi, Qarabağ guşəsi, Bakı guşəsi və Azərbaycan mətbəxi guşəsi təqdim edilib.

Gənc ASAIF-çilərin bu festivaldakı əsas məqsədi Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini təmsil etməkdir, bununla yanaşı Azərbaycanın Qarabağ, Xocalı həqiqətlərini həm çinlilərə həm də Çində yaşayan xarici vətəndaşlara çatdırmaqdır.

Tədbirdə qonaqlara Azərbaycan haqqında müxtəlif materiallar paylandı, həmçinin Pekində fəaliyyət göstərən “Desert Rose" restoranın dəstəyi ilə qonaqlar Azərbaycan mətbəxinin incisi olan paxlavasının dadına baxıblar.

Qeyd edək ki, tədbirdə iştirakçılar arasında xarici ölkələrin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri, Çin təhsil nazirliyinin rəhbər heyəti və digər ziyalı şəxslər olublar. Festival oktyabrın 8-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR