Təbrizdə azərbaycanlı fəallarla polis arasında qarşıdurma baş verib

Təbrizdə azərbaycanlı fəallarla polis arasında qarşıdurma baş verib
# 13 avqust 2012 23:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda Təbriz şəhərində azərbaycanlı fəallarla polis arasında qarşıdurma baş verib. Təbrizdə yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumatına görə, bir qrup azərbaycanlı fəal Təbrizin Heydərabad məhəlləsində zəlzələdən zərərçəkənlərə yardım məqsədilə kampaniya təşkil edib. Kampaniya polisin və “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) etirazına səbəb olub. Onlar xeyriyyə aksiyasını dayandırmağı tələb ediblər. Bu tələblə razılaşmayan azərbaycanlı fəallar “Yaşasın Azərbaycan”, “ Azərbaycan, başın sağ olsun” şüarları səsləndiriblər. Güclü müqavimətlə qarşılaşan polis və “Bəsic” oradan uzaqlaşmaq məcburiyyətində qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR