Sahibkarlığa Kömək Milli Fondu Şəmkir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Şəmkir sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 19 sentyabr 2012 14:31 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəmkir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Fond tərəfindən Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən müasir meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması, kiçik və ya orta həcmli istixana təsərrüfatlarının yaradılması, müasir üzüm emalı müəssisəsinin yaradılması, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması, müasir soyuducu anbar kompleksinin yaradılması, qabaqcıl texnologiyalara əsaslanan çörək istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR