Qurban bayramı ilə əlaqədar orta məktəblərdə dərs qrafiki açıqlanıb

Qurban bayramı ilə əlaqədar orta məktəblərdə dərs qrafiki açıqlanıb
# 22 oktyabr 2012 12:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Qurban bayramından sonra Bakının bəzi məktəblərində dərslər oktyabrın 27-də, digərlərində isə ayın 29-da başlanacaq. Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, paytaxt məktəblərində 5 günlük iş rejimi ilə fəaliyyət göstərən təhsil ocaqlarında dərslər oktyabrın 29 – da, 6 günlük iş qrafiki ilə işləyən məktəblərdə ayın 27 – də başlayacaq.

Qeyd edək ki, Azərbaycanda 25, 26 oktyabr tarixləri Qurban bayramı ilə əlaqədar qeyri-iş günü elan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR