Ankarada əsas ixrac boru kəmərlərinin mühafizəsinə həsr olunmuş konfrans keçiriləcək

Ankarada əsas ixrac boru kəmərlərinin mühafizəsinə həsr olunmuş konfrans keçiriləcək
# 01 may 2012 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Mayın 8-dən 11-dək Ankarada «Eternity -2012» («Sonsuzluq-2012») kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əsas ixrac boru kəmərlərinin mühafizəsinə həsr olunmuş və ildə bir dəfə keçirilən təlimdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri, həmçinin boru kəmərlərinin mühafizəsi ilə məşğul olan qurumların nümayəndələri iştirak edirlər.

Azərbaycan hərbçiləri, həmçinin Türkiyə ilə ikitərəfli əməkdaşlıq planına əsasən
mayın 7-dən 11-dək Ədrinə şəhərində mühəndis-istehkam hərbi hissələrində təlimlərin keçirilməsi üzrə təcrübə mübadiləsi və sulardan keçiş üzrə təlimə, eyni tarixlərdə Ankara şəhərində “Kiber terrorizm sahəsində xəbərdar olma siyasəti və idarəçilik səviyyəsi” mövzusunda kursa qatılacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR