ABŞ Hörmüz boğazına pilotsuz sualtı qayıqlar göndərib

ABŞ Hörmüz boğazına pilotsuz sualtı qayıqlar göndərib
# 12 iyul 2012 11:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Hörmüz boğazına pilotsuz sualtı qayıqlar göndərib. APA-nın məlumatına görə, bu barədə “The Los Angeles Times” qəzeti xəbər dərc edib. Məlumatda bildirilir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “SeaFox” pilotsuz sualtı qayıqlarının əsas vəzifəsi Hörmüz boğazında suyun altındakı minaların yerini aşkarlayaraq məhv etməkdir. Boğaza “SeaFox”larla bərabər, 4 ədəd MH-53 “Sea Dragon” vertolyotu və mina təmizləyən gəmilər də göndərilib.

Qeyd edək ki, dənizin altında 300 metr dərinlikdə mina axtaran “SeaFox” sualtı qayıqları lazım gəldiyi təqdirdə aşkarladığı minaları məhv etmək xüsusiyyətinə malikdir. Ancaq yüz min ABŞ dolları dəyərində olan sualtı qayıq minanı partladarkən özünü də məhv edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR