Rusiya XİN: “Türkiyəyə təzyiqləri davam etdirəcəyik”

Rusiya XİN: “Türkiyəyə təzyiqləri davam etdirəcəyik”
# 18 oktyabr 2012 16:32 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rəsmi Ankaranın “Suriya Hava Yolları”na məxsus təyyarədə qeyri-qanuni yük aparılması ilə bağlı şübhəsi qalmayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi yalnız daşınma ilə bağlı məlumatlarının natamamlığından şikayətçi olduğunu bildirib: “Rəsmi Ankara Suriya təyyarəsində aşkarladığı yükün qanuniliyinə şübhə etmir.
Onlar təyyarədə hərbi yükün daşınması ilə bağlı iddiaları rədd ediblər”.

Aleksandr Lukaşeviç Türkiyədə saxlanılan Suriya təyyarəsində olan Rusiya vətəndaşlarına qarşı kobud davranıldığını söyləyib: “Türk təhlükəsizlik xidmətinin əməkdaşları təyyarədə olan Rusiya vətəndaşlarına fiziki güc də göstəriblər. Onlara Rusiya səfirliyi əməkdaşları ilə görüşməyə icazə verilməyib. Ona görə də, bütün bu hadisələrin araşdırılması və rəsmi açıqlama verməsi üçün Türkiyəyə təzyiqləri davam etdirəcəyik. Rəsmi Moskva Ankaradan cavab gözləyir”.

Rusiya XİN-nin xüsusi nümayəndəsi BMT Təhlükəsizlik Şurası və Ərəb Liqasının xüsusi nümayəndəsi Lahdar İbrahiminin Qurban bayramı ərəfəsində atəşkəsin elan olunması çağırışını dəstəklədiklərini bildirib: “Biz Lahdar İbrahiminin atəşkəslə bağlı düşüncələrini dəstəkləyirik.
Müsəlmanların müqəddəs Qurban bayramı günlərində atəşkəs elan olunmalıdır. Bu atəşkəsin uzun müddətli olması bizim hədəfimizdir. Suriya hakimiyyəti də bu təklifə isti münasibət bildirib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR