Milli Məclisin yaz sessiyasında 128 qanun və qərar qəbul olunub
17 iyul 2012 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin yaz və növbədənkənar sessiyalarının yekununa dair mətbuat konfransında parlament sədrinin müavini Bahar Muradova bildirib.
Vitse-spikerin sözlərinə görə, iclaslardan 11-i yaz sessiyasının dövrünə düşüb. Növbədənkənar sessiya dövründə isə parlamentin 2 iclası keçirilib. Sessiyalar ərzində komitələrin 68 iclası keçirilib, 157 qanun və 8 qərar layihəsinə baxılıb. Bütövlükdə komitələrdə 184 məsələ müzakirə edilib.
Ötən dövrdə Milli Məclisin təşkilatçılığı ilə Bakıda Avronest Parlament Assambleyasının sessiyası keçirilib. Milli Məclisdə dünyanın 70 ölkəsi ilə parlamentlərarası dostluq qrupları yaradılıb.
Cari ilin birinci yarısında Milli Məclisə vətəndaşlardan 2312 təklif, ərizə və şikayət daxil olub. Parlamentdə 2201 vətəndaş qəbul edilib. Yaz və növbədənkənar sessiyalar dövründə Milli Məclisdə 58 KİV akkreditə olunub. Parlamentin iclaslarını 14 televiziya və radio, 30 qəzet və 14 agentlik işıqlandırıb.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024