“Ziya Bünyadov - qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı” miniatür kitabının təqdimatı keçirilib

“Ziya Bünyadov - qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı” miniatür kitabının təqdimatı keçirilib
# 15 sentyabr 2012 15:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə Salahova bildirib ki,
70 səhifəlik kitab 40x45 mm formatında nəşr olunub. Kitab Cəmiyyətinin xətti ilə çap olunan nəşr 100 nüsxə tirajla yayılacaq.

Kitabda Ziyad Bünyadovun ömür yolu barədə qısa məlumat, onunla bağlı məqalə yer alıb. Bu nəşrdə həmçinin akademikin rus dilində yazdığı “Nə üçün Sumqayıt? məqaləsi də var. Miniatür kitabda Z. Bünyadovun 53 fotoşəkli yer alıb.

Təqdimat mərasimində çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva görkəmli alimin elmi yaradıcılığı barədə danışıb.

G.Baxşəliyeva akademikin Azərbaycan tarixinə həsr olunmuş fundamental əsərlərinin tarix elmimizdə mövqeyini qeyd edərək, alimin özündən sonra qoyduğu elmi məktəbdən də söz açıb. O, Ziya Bünyadovun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdəki fəaliyyətindən danışaraq, akademikin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rolunu da qeyd edib.

Akademikin həyat yoldaşı Tahirə Bünyadova çıxış edərək, Ziya Bünyadovla bağlı miniatür kitabın nəşrində əməyi olanlara təşəkkürünü bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR