Zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində Azərbaycanda toplanmış pulun 15 300 dolları İran bankının hesabına köçürülüb

Zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində Azərbaycanda toplanmış pulun 15 300 dolları İran bankının hesabına köçürülüb
# 30 avqust 2012 12:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində avqustun 30-dək 15 730 ABŞ dolları (12 379 manat) vəsait toplanıb. APA-nın AzQAC-a istinadən verdiyi məlumata görə, indiyədək kampaniyaya 49 nəfər qoşulub.

Artıq yığılan puldan iki dəfə İran Milli Bankının Bakı filialının hesabına köçürmələr olub. Birinci dəfə 11 800 dollar (9298 manat), ikinci dəfə isə 3 500 dollar (2758 manat) vəsait köçürülüb. İran Milli Bankının Bakı filialının hesabına köçürmələrin indiyə qədər olan ümumi həcmi 15 300 dollardır (12 056 manat)
Köçürülmələrdən müvafiq bank xidmətləri tutulur.

Qeyd edək ki, kampaniyaya avqustun 14-dən start verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR