Azərbaycanın magistral yolları buzdan təmizlənib

Azərbaycanın magistral yolları buzdan təmizlənib
# 04 fevral 2012 07:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın magistral yolları buzdan təmizlənib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Məlumata görə, respublikanın avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yoxdur, yollar açıqdır. Bununla belə sürücülərdən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq xahiş olunur.

BDYPİ-dən həmçinin bildirilib ki, ötən gecə respublikada 10 yol qəza hadisəsi baş verib ki, nəticədə 13 nəfər xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR