Misirdə 14 islamçı ölüm cəzasına məhkum olunub

Misirdə 14 islamçı ölüm cəzasına məhkum olunub
# 14 avqust 2012 22:21 (UTC +04:00)
Bakı-APA. Misirdə məhkəmə 14 islamçı ekstremisti keçən il Sinay yarımadasında 7 nəfəri qətlə yetirməkdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, keçən ilin yayında “Tauhid-val-Cihad” islamçı qruplaşmanın silahlıları bank və polis postuna hücum ediblər. Basqın nəticəsində əksəriyyəti polis əməkdaşları olmaqla 7 nəfər həlak olub. Son belə hadisə 10 gün öncə Sinay yarımadasında baş verib. Qəzza bölgəsindən olan silahlıların Misirin İsrail ilə sərhəd postuna hücumu nəticəsində 16 sərhədçi həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR