Salyanda evi yanan 54 yaşlı kişi həyəcandan dünyasını dəyişib

Salyanda evi yanan 54 yaşlı kişi həyəcandan dünyasını dəyişib
# 07 avqust 2012 08:49 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Azərbaycanın Salyan rayonunda ev yanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Kürsəngi kənd sakini, 54 yaşlı Qadir Talıb oğlu Göyçayevə məxsus evdə qeydə alınıb. 2 mərtəbəli 6 otaqlı ev içindəki əşyalarla birlikdə yanıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Yanğından xəbər tutan qonşular Salyan rayon Yanğından mühafizə idarəsinə zəng vuraraq yanğın haqında məlumat veriblər. Yanğın söndürülüb.

Yanğından sonradan xəbər tutan ev sahibi, uzun müddət ürək xəstəliyindən müalicə olunan, Qadir Göyçəyev isə həyəcanlanaraq elə hadisə yerindəcə infarkt keçirib və dünyasını dəyişib

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR