Bu il Azərbaycanda 85 insan alveri faktı aşkar edilib
01 noyabr 2012 10:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. 2012-ci ilin 10 ayında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 85 fakt aşkar edilib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə (MM) təqdim etdiyi illik hesabatda bildirilir.
Məlumata görə, müvafiq dövrdə məcburi əməklə bağlı 2 fakt aşkar edilib. Həmçinin 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. Bu növ hüquqazidd əməllərə görə 20 nəfər tutulub, beynəlxalq axtarışa verilən şəxslərdən 3-ü saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
İnsan alveri cinayətlərinə görə məhkəmələr tərəfindən 10 nəfər 5 ildən 10 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sosial
“Al Jazeera”: İsrailin Rəfaha hücumu nəticəsində 21 nəfər ölüb
06:38
6 may 2024
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024