Bakı Beynəlxalq Avtovağzalının nəzarətçisi bıçaqlanıb

Bakı Beynəlxalq Avtovağzalının nəzarətçisi bıçaqlanıb
# 25 iyun 2012 08:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı Beynəlxalq Avtovağzalının nəzarətçisi bıçaqlanıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə iyunun 23-də qeydə alınıb. Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzalında Bakı şəhər sakini Heydər Əmrahov mübahisə zəminində orada nəzarətçi işləyən Xırdalan şəhər sakini Vasif Novruzovu bıçaqladığına görə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən tutulmuşdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR