Valdis Zatlers: “Mən fəxr edirəm ki, dünyada bu qədər problemin olduğu bir zamanda Azərbaycan aktual beynəlxalq forum təşkil edir”

Valdis Zatlers: “Mən fəxr edirəm ki, dünyada bu qədər problemin olduğu bir zamanda Azərbaycan aktual beynəlxalq forum təşkil edir”
# 04 oktyabr 2012 14:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Mən fəxr edirəm ki, Azərbaycan, onun hökuməti və xalqı dünyada bu qədər problemin olduğu bir zamanda bu qədər aktual beynəlxalq forum təşkil edir”. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Bakıda keçirilən II Beynəlxalq Forumun iştirakçısı Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib.

O əminliklə qeyd edib ki, bu forum ardıcıl olacaq və uzun müddətli ənənəyə çevriləcək: “Çünki burada müzakirə olunan mövzular öz aktuallığını itirməyəcək. Forum tək Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyət daşıyır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR