Bakının “Lokomotiv” klubu “Çelenc Cup” turnirinin qalibi olub

Bakının “Lokomotiv” klubu “Çelenc Cup” turnirinin qalibi olub
# 02 aprel 2012 08:07 (UTC +04:00)
Bakı – APA. Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada 2 Azərbaycan komandası - “Lokomotiv” və “Bakı” üz-üzə gəlib.

İlk oyunda olduğu kimi, yenə Heydər Əliyev adına İdman-Konsert Kompleksində qüvvəsini sınayan rəqiblər yenə matçı “tay-brek”ə daşıyıblar. İlk matçdan fərqli, bu dəfə sevinən paytaxtın eyniadlı təmsilçisi olub – 3:2.

Rəqiblər hərəyə 1 matçda qalib gəldiyindən kubokun sahibi “Qızıl set”də müəyyənləşib. Daha güclü olan “Lokomotiv” 15:13 hesabı ilə qaib gələrək, kuboku başı üzərinə qaldırıb.”

“Çelenc Cup”
Final, cavab oyunu
1 aprel
18:00. “Lokomotiv” – “Bakı” - 2:3 (27:25, 19:25, 25:21, 20:25, 13:15), “Qızıl set” – 15:13
Hakimlər: Katarzina Sokol (Polşa), Yevgeni Makşanov (Rusiya)
Bakı. Heydər Əliyev adına İdman-Konsert Kompleksi
İlk oyun – 3:2
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR