Rusiya müxalifəti martın 10-da kütləvi aksiya keçirmək üçün meriya ilə danışıqlara başlayacaq

Rusiya müxalifəti martın 10-da kütləvi aksiya keçirmək üçün meriya ilə danışıqlara başlayacaq
# 06 mart 2012 08:58 (UTC +04:00)
Bakı – APA. Rusiya müxalifəti martın 8-də və 9-da keçirməyi planlaşdırdığı mitinq planından imtina edərək martın 10-da kütləvi aksiya keçirmək üçün meriya ilə danışıqlara başlayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu aksiyanın təşkilatçılarından biri, jurnalist Sergey Parxomenko deyib. O bildirib ki, müxalifət daha öncə martın 8-də, 9-da və 10-da mitinq keçirmək üçün meriyaya müraciət edib: “Aydındır ki, kimsə 3 gün ardıcıl mitinq keçirmək fikrində deyildi. Müraciətdə ona görə 3 tarix göstərilib ki, bizim sonradan seçim imkanımız olsun. Qərara aldıq ki, aksiyanı ayın 10-da keçirək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR