Rusiya Xəzərdəki artilleriya gəmilərini modernləşdirir

Rusiya Xəzərdəki artilleriya gəmilərini modernləşdirir
# 11 iyul 2012 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının artilleriya gəmilərini modernləşdirir. Bu barədə APA Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Modernləşdirmə nəticəsində gəmilər müasir kombinasiya edilmiş dizel-qaz edilmiş dizel-qaz turbini ilə təchiz olunub. Eyni zamanda gəmilərin döyüş hissələri, silah sistemləri, rabitə vasitələri və avtomatikası müasirləşdirilib. Gəmilərə QLONASS naviqasiya vasitələri qurulub.

Modernləşdirilmiş ilk kiçik artilleriya gəmisi olan MAK-160 daxil olmaqla, Xəzər Flotiliyasının 15 gəmisinin iştirakı ilə yaxın günlərdə dənizdə döyüş atışı ilə təlimin keçirilməsi planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR