Azərbaycanın xarici işlər naziri Estoniya parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
28 iyun 2012 19:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Elmar Məmmədyarov Estoniya parlamentinin sədri Ene Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Öz növbəsində Estoniya parlamentinin spikeri Azərbaycana səfər etməsindən məmnun olduğunu ifadə edib və ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla Estoniya arasında münasibətlərin inkişaf etdirilməsində ölkələrimizin dövlət başçılarının rolu xüsusi olaraq vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması vacibliyi qeyd edilib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Xarici siyasət
Britaniya səfiri Naxçıvana səfər edib - FOTO
12:52
28 aprel 2024
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024