İnam Kərimov: “Bir sıra hallarda mənzil təsərrüfatı sektorunda çalışanlar tərəfindən vətəndaşlar süründürməçiliyə məruz qoyulur və korrupsiya hallarına yol verilir”

İnam Kərimov: “Bir sıra hallarda mənzil təsərrüfatı sektorunda çalışanlar tərəfindən vətəndaşlar süründürməçiliyə məruz qoyulur və korrupsiya hallarına yol verilir”
# 17 fevral 2012 08:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov “Mənzil Kommunal sektorda şəffaflığın artırılması” adlı ictimai dinləmədə çıxışında deyib. İ. Kərimov Azərbaycanda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə metodlarından danışıb. Komissiya katibi bu istiqamətdə ən müasir metod kimi “Elektron hökumət”in yaradılmasını göstərib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı, SİDA-nın dəstəyi ilə “Mənzil Kommunal sektorda şəffaflığın artırılması” adlı ictimai dinləmə keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR