Əhməd Davudoğlu: “Azərbaycanla Türkiyə arasında hər hansı böhran yoxdur”

Əhməd Davudoğlu: “Azərbaycanla Türkiyə arasında hər hansı böhran yoxdur”
# 08 noyabr 2012 07:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisində keçirilən müzakirədə bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyənin son zamanlar enerji sahəsindəki ən strateji addımlarından birinin Azərbaycanla birlikdə həyata keçirilən TANAP layihəsi olduğunu söyləyən nazir, bu layihənin regional əhəmiyyət daşıdığını vurğulayıb.

Ə. Davudoğlu Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin son 5 ildə 5 qat artdığını, Azərbaycanın ən böyük investorlarından birinin Türkiyə olduğunu vurğulayıb. Nazir həmçinin əlavə edib ki, Türkiyədəki Azərbaycan sərmayəsi də 80% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR