Kimyaçılar hərbi hissədə görüş keçirib - FOTO

Kimyaçılar hərbi hissədə görüş keçirib - <font color=red>FOTO</font>
# 28 iyun 2012 17:02 (UTC +04:00)
Bakı – APA. «Azərikimya» İstehsalat Birliyi (İB) kollektivinin böyük bir qrupu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə «N» saylı hərbi hissəyə yola düşərək, bu əlamətdar günü Vətənimizin müdafiəçiləri olan əsgər və zabitlərlə birgə qeyd edib.

İB-dən APA-ya verilən məlumata görə, hərbi hissədə təşkil olunmuş bayram tədbirində ilk olaraq alay komandiri çıxış edərək, əsgər və zabitləri bu əlamətdar gün münasibətilə təbrik edib, müdafiə nazirinin əmrinə əsasən yüksək döyüş hazırlığı nümayiş etdirmiş gənc zabit və çavuşlara təntənəli surətdə növbəti rütbələrin poqonlarını təqdim edib.

Silahlı Qüvvələr günü münasibətilə hərbi hissənin şəxsi heyətini kimyaçılar adından salamlayan «Azərikimya» İB-in icraçı direktorunun müavini Xalıq Mustafayev dövlətimizin müstəqilliyinin qarantı olan Azərbaycan Milli Ordusunun yaradılmasında Heydər Əliyevin hələ keçmiş sovetlər dövründən başlayaraq məqsədyönlü şəkildə və ardıcıl olaraq gördüyü tədbirlərdən, ordumuzun gücləndirilməsi üçün misilsiz xidmətlərindən və bu sahədə mühüm missiyanı ölkə prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğı ilə, böyük səylə davam etdirməsindən söz açıb.

Təntənəli bayram tədbiri ARDNŞ-in Sosial-inkişaf İdarəsinin «Kimyaçı» Mədəniyyət Sarayı kollektivinin geniş və rəngarəng konsert proqramı ilə başa çatıb. Tədbirin sonunda «Azərikimya» kollektivi adından hərbi hissənin əsgər və zabitlərinə onların asudə vaxtlarında, alaydaxili idman yarışlarında istifadələri üçün müxtəlif idman ləvazimatlar hədiyyə edilib.

Hərbi hissə komandanlığı belə bir əlamətdar gündə kimyaçıların onlarla birgə olduqlarına, əsgər və zabitlərin mədəni istirahəti üçün göstərdikləri diqqət və qayğıya görə ARDNŞ rəhbərliyinə və «Azərikimya» kollektivinə səmimi təşəkkürünü, dərin minnətdarlığını bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR