Avropadakı böhran “Volkswagen”in satış həcminin artmasına mane olmur

Avropadakı böhran “Volkswagen”in satış həcminin artmasına mane olmur
# 13 iyul 2012 16:54 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin birinci yarısında Almaniyanın “Volkswagen Group” avtokonserninin satış həcmi illik müqayisədə 8,9% artaraq 4,09 mln. ədəddən 4,45 mln. ədədə yüksəlib. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Hesabat dövründə “Volkswagen”in Avropa bazarında satışı 1,8% artaraq 1,93 mln. ədədə çatıb. Amma Almaniyanın özünü çıxsaq, Qərbi Avropada konsernin satış həcmi 5,7% azalaraq 1,01 mln. ədədə enib. Şirkətin daxili bazarı sayılan Almaniyada isə satış 4,4% artaraq 606 100 ədədə çatıb.

Qeyd edək ki, “Volkswagen Group” avtomobil konserni “Volkswagen”, “Audi”, “Seat”, “Skoda”, “Bentley”, “Bugatti”, “Lamborghini” və “Scania” brendli avtomobillər istehsal edir. Şirkətin dünya üzrə 62 zavodu var və 153 ölkədə satış həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR