«Expressbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Expressbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 27 avqust 2012 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 28-də Bakı Fond Birjasında (BFB) «Expressbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, artıq BFB-nın qeyri-kotirovka vərəqəsinə daxil edilmiş səhmlərin ümumi sayı 31 479 ədəd, səhmlərin hər birinin nominal dəyəri 273,2 manat, emissiyanın ümumi həcmi isə 8 600 062,80 manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Unicapital» MMC çıxış edəcək. Səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra «Expressbank»ın nizamnamə kapitalı 10,9% artaraq 87 407 332,8 manata çatacaq.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin iyulun 1-nə bankın nizamnamə kapitalı 78 807 270 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR