Azərbaycan prezidenti İlham Əliyevin ölkənin şimal-qərb bölgəsinə səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin ölkənin şimal-qərb bölgəsinə səfəri başlayıb
# 09 sentyabr 2012 11:59 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu il bölgədə baş vermiş zəlzələdən sonra rayonda görülən işlər barədə məlumat veriblər.

Daha sonra prezident Zaqatalada 2 saylı orta məktəbin açılış mərasimində iştirak edib.

Prezidentə məlumat verilib ki, 1952–ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olub. Bu il baş vermiş zəlzələ nəticəsində bina qəzalı vəziyyətə düşüb.

Məktəb yenidən tikilib və müasir avadanlıqlarla təchiz edilib. Hazırda

Daha sonra ölkə başçısı rayonun Gözbarax kənd orta məktəbinin açılış mərasimində iştirak edib. Prezident məktəbin əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.

Məlumat verilib ki, bu ilin mayında Zaqatalada baş vermiş zəlzələ nəticəsində Gözbarax kənd tam orta məktəbinin binası tamamilə yarasız vəziyyətə düşüb. Prezidentin göstərişinə əsasən, bu il iyunun 12-də Fövqəladə Hallar Nazirliyinin xətti ilə məktəb üçün yeni binanın tikintisinə başlanılıb. Obyekti vaxtında təhvil vermək üçün tikinti işlərinə 250 nəfər işçi qüvvəsi cəlb edilib.

Prezident Gözbarax kəndində uşaq bağçasının açılışında da iştirak edib. Qeyd edək ki, prezident zəlzələdən zərər çəkmiş Gözbarax kəndində olarkən, sakinlər burada uşaq bağçasının tikilməsini xahiş etmişdilər və prezident kənddə uşaq bağçasının inşası barədə tapşırıq vermişdi.

Prezident kənd sakinləri ilə də görüşüb. Sakinlər dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Prezident Zaqatalada şəhid Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində də iştirak edib.

Zəlzələ nəticəsində Bəhmətli kənd orta məktəbinin binası qəzalı vəziyyətə düşüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu kənddə üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcək.
Məktəbin bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Prezident Gözbarax kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün yeni inşa edilmiş fərdi evdə olub.

Dövlət başçısına məlumat verilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş evin ümumi sahəsi 241 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə və yüksək keyfiyyətlə tikilib. Lazımi avadanlıqla təchiz olunmuş, 9 bal gücündə zəlzələyə davamlı yeni evdə dörd nəfərdən ibarət ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Azərbaycan prezidenti evdə yaradılmış şəraitlə tanış oldu, görülmüş işləri yüksək qiymətləndirib.

Ev sahibi Mahir Soltanov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR