Təhsil Nazirliyinin “qaynar xətt”inə ötən ay 1196 müraciət daxil olub

Təhsil Nazirliyinin “qaynar xətt”inə ötən ay 1196 müraciət daxil olub
# 14 sentyabr 2012 10:28 (UTC +04:00)
Bakı-APA. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə iyul ayında 2385, avqust ayında isə 1196 müraciət daxil olub. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyul və avqust aylarında sorğu xarakterli müraciətlər çoxluq təşkil edir. Sorğuların əksəriyyətində ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qə­bulu, vaxtından əvvəl I sinfə şagird qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb. Digər sorğularda xaricdə təhsil, xarici ölkə təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, orta məktəb müəllimlərinin əmək haqqının, məzuniyyət pulunun he­sab­lan­ması ilə əlaqədar olub. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydiyyata alınaraq müvafiq qaydada cavablandırılıb.

İyul ayında daxil olan müraciətlərin 2278-i telefonla, 107-si elektron poçt vasitəsilə qəbul edil­ib.

Belə ki, ümumi təhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qə­bulu üzrə 1579, vaxtından əvvəl I sinifə qəbul üzrə 231, xaricdə təhsil üzrə 218, xarici ölkə təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması üzrə 57, müəllimlərin əmək haqqının he­sab­lan­ması ilə bağlı 43, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 17 sorğu cavablandırılıb. Müxtəlif mövzular üzrə sorğu xarakterli digər müraciətlərə də müvafiq cavablar verilib.

Bir sıra müraciətlərdə ümumi təhsil, ali və orta ixtisas təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs olunub. Bu qəbildən olan 17 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, prob­lem­lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

İyul ayında “Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlərin 2-si Bakı, hər birindən 1 müraciət olmaqla Gəncə və Sumqayıt şəhərləri, hər birindən 1 müraciət olmaqla Abşeron, Hacıqabul, Kəlbəcər, Şamaxı, Şəki, Quba, Göyçay, İmişli, Bərdə, Neftçala və Masallı rayon ümumi təhsil məktəbləri ilə əlaqədar olmuşdur. Müraciətlərdə ümumi təhsil məktəb məzunlarının buraxılış imtahanlarının nəticələrinə görə şəhadətnamə və attestatların verilməsi, təhsil sənədlərinin verilməsi, müəllimlərin işə qəbulu, müəllimlərin əmək haqqının, məzuniyyət pulunun verilməsi və digər mə­sələlər öz əksini tapıb.

Ali və orta ixtisas təhsili müəssisələrindəki nöqsanlara dair daxil olan müraciətlərdə imtahan nəticələrindən narazılıq, diplomların məzunlara verilməsinin gecikdirilməsi, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əks olunub.

Avqust ayında daxil olan müraciətlərin 1122-si telefonla, 74-ü elektron poçt vasitəsilə qəbul edilib. Həmin müraciətlərin əksər hissəsi sorğu xarakterli olub. Belə ki, müraciətlərin 163-ü ümumi təhsil məktəblərinin fəaliyyəti (bir məktəbdən digərinə yerdəyişmə, məktəbli forması, ümumi təhsil məktəblərində dərs ilinin başlanmasına dair və s.), 668-i müəllimlərin işə qəbulu, 177-si I sinfə vaxtından əvvəl şagird qəbulu, 59-u xaricdə təhsil, 43-ü ali və orta ixtisas məktəblərinə tələbə qəbulu, 24-ü subbakalavr, bakalavr və magistr təhsili və 45-i isə müxtəlif digər məsələlərlə əlaqədardır.

Ötən ay baxılmış 17 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, ümumi təhsil məktəbləri ilə əlaqədar Bakıdan 5, Sumqayıtdan 3, Abşeron rayonundan 2, Saatlı rayonundan 1 şikayət məzmunlu müraciət daxil olub.

Ali və orta ixtisas təhsili müəssisələrindən 6 müraciət qəbul edilib.
Onlardan 3-ü dövlət, 2-si özəl, 1-i isə orta ixtisas təhsili müəssisəsi ilə əlaqədardır.

Daxil olan bütün müraciətlər müvafiq struktur bölmələr tərəfindən araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb. Bu aylar ərzində qəbul edilmiş şikayət xarakterli müraciətlərin əksəriyyətinin araşdırılması zamanı onların anonim olduğu müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR